AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsrail hakimiyyəti humanitar yardım daşıyan yük maşınlarının Qəzza zolağına daxil olmasına icazə verməyib - KİV

  • + A
  • - A
  • 8-04-2024, 08:24

    İsrail hakimiyyəti humanitar yardım daşıyan yük maşınlarının Qəzza zolağına daxil olmasına icazə verməyib -


    İsrail hakimiyyəti humanitar yardım daşıyan yük maşınlarının Fələstin anklavının şimalında yerləşən Qəzza zolağına daxil olmasına icazə verməyib.

    Azadmedia.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

    Belə ki, humanitar yardım daşıyan 322 yük maşını Kerem Şalom və Rəfah keçid məntəqələrindən keçərək Qəzza zolağına buraxılıb. Yardım əsasən ərzaq, su, şəkər, un və ilkin tələbat malları olub.

    Həmçinin İsrail hərbçilərinin bölgənin şimalındakı əhaliyə humanitar yüklərin daşınmasını təmin edəcəyinə dair vədinə baxmayaraq, bu maşınların heç birinin Fələstin anklavının şimal hissəsinə daxil olmasına icazə verilməyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR