ABŞ-nin maliyyə naziri Canet Yellen Çin banklarını Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına maddi dəstək göstərəcəkləri təqdirdə sanksiyalarla hədələyib.
Azadmedia.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Belə ki, söhbət Pekinin ABŞ dollarına çıxışını əngəlləməkdən gedir.
Qeyd olunub ki, ABŞ maliyyə naziri Çin banklarına xəbərdarlıq edib: “Rusiya müdafiə sənayesinə hərbi və ya ikili təyinatlı malların tədarükünü imkan verən böyük əməliyyatları asanlaşdıran istənilən banklar özlərini riskə məruz qoyurlar”.
Həmçinin “Bloomberg” vurğulayıb ki, ABŞ Maliyyə Nazirliyinin beynəlxalq səviyyədə fəaliyyət göstərən banklara münasibətdə əsas silahı onların dollara çıxışını əngəlləmək qabiliyyətidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.