AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Paşinyan Tokayevlə görüşdü

  • + A
  • - A
  • 15-04-2024, 11:21

    Paşinyan Tokayevlə görüşdü

    Ermənistana rəsmi səfər edən Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev prezident iqamətgahına gəlib. Ermənistan prezidentinin iqamətgahında Tokayevin təntənəli qarşılanma mərasimi keçirilib.

    Ermənistanın baş naziri Nikol Paşinyan iqamətgahda Qazaxıstan prezidentini qarşılayıb. Fəxri qarovul dəstəsinin iştirakı ilə təntənəli mərasim keçirilib, Ermənistan və Qazaxıstanın dövlət himnləri səsləndirilib, Paşinyan və Tokayev Ermənistan və Qazaxıstan nümayəndə heyətlərinin üzvlərini salamlayıblar.

    Rəsmi qarşılanma mərasimindən sonra baş naziri Nikol Paşinyanla Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev arasında təkbətək görüş olub.

    Tokayevin prezident Vaaqn Xaçaturyan və parlamentin sədri Alen Simonyanla da görüşləri gözlənilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR