AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kanada Arktikada müdafiə xərclərini artırdığını açıqlayıb - KİV

  • + A
  • - A
  • 16-04-2024, 11:50

    Kanada Arktikada müdafiə xərclərini artırdığını açıqlayıb -


    Kanada uzun mənzilli raket sistemləri, yeni taktiki helikopterlər və Arktikada daha çox iştirak daxil olmaqla müdafiə xərclərini artırdığını açıqlayıb.

    Belə ki, Kanadanın Baş naziri Castin Trüdo Ontariodakı “Trenton” hərbi bazasında keçirdiyi mətbuat konfransında ölkənin sahil zolağında da patrul xidməti həyata keçirmək üçün yeni sualtı qayıqlar almaq istədiyini, ABŞ, Böyük Britaniya və Avstraliyanın kəşfiyyat sahəsində əməkdaşlıq etdiyi AUKUS təhlükəsizlik tərəfdaşlığına qoşulmaq üçün danışıqlar apardığını açıqlayıb.

    Kanada hökuməti gələn həftə açıqlayacağı büdcədə Kanada ordusu üçün ümumi məbləği 73 milyard Kanada dolları (54 milyard dollar) olan yeni fondu təsdiq edəcək.

    Məlumata görə, bu büdcə donanma gəmiləri və F-35 döyüş təyyarələri parkı, həmçinin Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) altında qitə müdafiəsini modernləşdirməyə yönəlmiş investisiyalar üçün istifadə olunacaq.

    Kanada bu inkişafla ölkənin müdafiə xərclərini 2030-cu ilə qədər ÜDM-in 1,38 faizindən 1,76 faizə çatdırmağı hədəfləyir. Ordu.az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR