AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlkinin şikayətinə başqa hakim baxacaq

  • + A
  • - A
  • 16-04-2024, 13:08

    İlkinin şikayətinə başqa hakim baxacaq


    10 yaşlı Nərmini öldürməkdə təqsirli bilinərək 18 il azadlıqdan məhrum edilmiş İlkin Süleymanovun hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə baxışı müvəqqəti dayandırılıb.

    Gəncə Apellyasiya Məhkəməsində 8 aydır davam edən prosesin dayandırılmasına səbəb sədrlik edən hakim Teyyub Muxtarovun Ali Məhkəməyə təyinat almasıdır.

    Yeni məhkəmə tərkibi müəyyən edildikdən sonra proses davam edəcək.

    Xatırladaq ki, cinayət hadisəsi 2020-ci ildə Tovuz rayonunun Dondar Quşçu kəndində baş verib. İlkin Süleymanov oğurladığı iddia olunan həmkəndlisi, 10 yaşlı Nərmin Quliyevanı xüsusi amansızlıqla öldürüb cəsədini yandırmaqda ittiham olunur.

    Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünü əsasən, İ.Süleymanov 18 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən həm müdafiə, həm zərərçəkmiş tərəf apellyasiya şikayəti verib.(“Qafqazinfo”)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR