Fələstin radikal HAMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə beynəlxalq ictimaiyyəti İsrailin Qəzza zolağının cənubundakı Rəfah bölgəsində hərbi əməliyyat keçirməsinin qarşısını almağa çağırıb.
"Bu, Fələstin xalqının qətliamına səbəb ola bilər, lakin onlar ağ bayraq qaldırmayacaqlar", - deyə Haniyə bildirib.
Bu barədə Haniyə "Anadolu" agentliyinə məlumat verib.
“Mən bütün qardaş ölkələri, Misirdəki, Türkiyədəki, Qətərdəki qardaşlarımızı vasitəçi kimi, eləcə də Avropa dövlətlərini təcavüzün qarşısını almaq, Rəfahın işğalının qarşısını almaq və İsrail ordusunu Qəzza zolağından tamamilə çıxarmaq üçün tədbirlər görməyə çağırıram”, – o deyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.