Böyük Britaniyanın Baş naziri Rişi Sunak Polşada Ukraynaya 500 milyon funt sterlinq (617 milyon dollar) məbləğində yeni hərbi yardım paketinin ayrıldığını elan edəcək.
Azadmedia.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Bildirilib ki, Britaniyanın Ukraynaya ən böyük yardım paketinə artilleriya və hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulan 1,6 mindən çox raket, eləcə də 60 qayıq və kater, 162 digər zirehli texnika, 4 milyondan çox patron daxil olacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.