AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcək - MN

  • + A
  • - A
  • 23-04-2024, 14:59

    Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcək -

    27 aprel - 3 may tarixləri arasında Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcək.

    Nazirlikdən Azadmedia.az-a verilən məlumata görə, Festival Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Dövlət Opera və Balet Teatrının dəstəyi ilə xalq artisti Fidan Hacıyevanın Musiqi Məktəbi tərəfindən təşkil ediləcək.

    Klassik musiqi sevərlər üçün böyük miqyaslı festivalın keçirilməsi bir bayrama çevriləcəkdir. Yeddi gün ərzində müxtəlif konsert meydançalarında Azərbaycan klassiklərinin və dünya bəstəkarlarının əsərləri ifa olunacaqdır. Layihənin əsas məqsədi-Azərbaycanda klassik musiqinin təşviqatı və inkişafı, opera mədəniyyəti sahəsində yeni istedadların kəşfi və onlara dəstəkdir.
    Festivalın nüfuzlu qonaqları arasında müxtəlif xarici ölkələrdən gəlmiş sənətçilər yer alacaqdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR