AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hikmət Hacıyev: "Azərbaycanla Rusiya arasında mövcud dəmir yolu xəttinin genişləndirilməsi zəruridir"

  • + A
  • - A
  • 23-04-2024, 17:10

    Hikmət Hacıyev: "Azərbaycanla Rusiya arasında mövcud dəmir yolu xəttinin genişləndirilməsi zəruridir"

    Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İlham Əliyevin Moskvaya səfərinin yekunlarını rəsmi Bakının necə dəyərləndirdiyi barədə danışıb.

    “Azərbaycan tərəfi bu səfərin nəticələrini çox müsbət qiymətləndirir, qeyd etmək istərdim ki, səfər Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri ruhunda baş tutub” – deyən Hikmət Hacıyev bildirib ki, liderlər ikitərəfli gündəliyin siyasi, iqtisadi, ticarət, humanitar əlaqələr, investisiyalar və digər qarşılıqlı fəaliyyət kimi məsələləri müzakirə ediblər:
    “Azərbaycan-Rusiya münasibətlərinin demək olar ki, bütün sahələrində müsbət dinamikanın olduğu məmnunluqla qeyd olundu”.

    Həmçinin, Azərbaycan prezidentinin köməkçisi bildirib ki Putin və Əliyev Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin müzakirəsini davam etdirib və layihənin həyata keçirilməsi ilə bağlı addımlar barədə tapşırıqlar veriblər. Nəqliyyat dəhlizinin tərkib hissəsi kimi Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mövcud dəmir yolu xəttinin genişləndirilməsi zəruridir.

    Kremldə keçirilən görüşdə İlham Əliyev Cənubi Qafqazda nizamlanma məsələsində, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqlarda Rusiyanın rolunu və onun səylərini yüksək qiymətləndirib.
    Ümumiyyətlə, Prezident İlham Əliyevin Rusiyaya səfəri ölkələrimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin inkişafına növbəti müsbət töhfə oldu”– Hikmət Hacıyev fikrini yekunlaşdırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR