Qərbin belə bir addım atacağı təqdirdə Rusiya öz aktivlərinin müsadirəsinə cavab vermək üçün bütün mexanizm və vasitələrdən istifadə edəcək.
Azadmedia.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Pankin deyib.
Belə ki, "Biz bütün mexanizm və vasitələrdən istifadə edirik. Diqqətlə hərəkət edəcəyik, lakin oyunda heç bir məhdudiyyət və qaydalar olmasa, o zaman əks tədbirlər görməyə hazır olacağıq", - deyə Pankin bildirib.
Həmçinin o bildirib ki, Qərbin də Rusiyada kifayət qədər dondurulmuş aktivləri var.
Bildirib ki, “Unutmayın ki, Rusiyada şirkətlərin kifayət qədər dondurulmuş aktivləri var və əgər avropalılar və ABŞ bu istiqamətdə hərəkət edərsə, bunun nəticələri olacaq".
Onun sözlərinə görə, iqtisadi münasibətlərə ziyan dəyəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.