AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistan və Azərbaycan XİN başçılarının görüş tarixi RAZILAŞDIRILIR

  • + A
  • - A
  • 26-04-2024, 11:31

    Ermənistan və Azərbaycan XİN başçılarının görüş tarixi RAZILAŞDIRILIR


    İrəvan Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycan xarici işlər naziri (XİN) Ceyhun Bayramovun Qazaxıstanda görüşünün keçirilməsi imkanını nəzərdən keçirir.

    Bunu Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyan bildirib.

    Onun sözlərinə görə, görüşün tarixi razılaşdırılır.  Badalayan deyib ki, Ermənistan Cənubi Qafqazda sülhə istiqamətlənən vasitəçilik cəhdləri və danışıqlar üçün istənilən platformanı dəstəkləyir.

    "Qazaxıstan tərəfinin təklifi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin mümkün görüşünün tarixi barədə razılığa gələn kimi məlumat verəcəyik", - XİN sözçüsü qeyd edib.

    Xatırladaq ki, Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib ki, Rəsmi Bakı Qazaxıstanda Azərbaycan və Ermənistan XİN başçılarının görüşünə razılıq verib. Dövlət başçısı qeyd edib ki, əgər Ermənistan da buna razılaşsa, XİN rəhbərlərinin növbəti görüşü Qazaxıstanda keçiriləcək.

    Qeyd edək ki, Ceyhun Bayramov və Ararat Mirzoyan sonuncu dəfə fevralın 28-29-da Berlində görüşüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR