AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AKF-nin nəzdində fəaliyyət göstərən KWU-WFKF Birliyinin Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə birgə keçirdiyi kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 29-04-2024, 13:22

    AKF-nin nəzdində fəaliyyət göstərən KWU-WFKF Birliyinin Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə birgə keçirdiyi kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib -



    Bakı, 29 Aprel — Azadmedia.az


    Azərbaycan Karate Federasiyasının nəzdində fəaliyyət göstərən "KWU‑WFKF" Birliyinin Təşkilatçılığı ilə Kyokuşinkay Karate üzrə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında Bakı birinciliyi keçirilib.

    Azadmedia.az-ın məlumatına görə, Azərbaycan Karate Federasiyaları Asossiasiyasının rəhbəri Milli Məclisin üzvü Ülvi Quliyev, vitse-prezident Füzuli Musayev, Rəhman Hətəmov, Fərid Əsgərov və Allahverdi Rüstəmov, "KWU-WFKF Azərbaycan birliyi"nin prezidenti Ramin Əsədov, hakimlər, idmançılar və media nümayəndələri iştirak ediblər.

    Belə ki, "KWU‑WFKF" Birliyinin Təşkilatçılığı ilə Kyokuşinkay Karate üzrə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında keçirilən Bakı birinciliyində qalib gələn idmançılar medallarla təltif ediliblər.

    Qalib gələn idmançılara medalları təqdim edən Azərbaycan Karate Federasiyaları Asossiasiyasının rəhbəri deputat Ülvi Quliyev qeyd edib ki, “ölkəmizin dinamik inkişafı təmin olunub. İdman da həyatımızın tərkib hissəsi olduğu üçün əlbəttə ki, ümumi tendensiya çərçivəsində inkişaf etmişdir. Əlbətdə ki, bunu həm idmançılarımızın qələbələri göstərir, həm də, ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir. Sözsüz ki, dünyada idman sahəsində rəqabət artır, yeni idman ölkələri meydana çıxır. Lakin fəxrlə bildiririk ki, bugün idmançılarımız həm ölkə daxilində, həm də ölkə xaricində dövlətimizi ləyaqətlə təmsil edirlər. Hər birinizi təbrik edir, gələcəkdə yeni-yeni nailiyyətlər arzu edirəm.”










    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR