Bakıda kişi küçədə özünü yandırıb.
Hadisə Xətai rayonunda, Məhəmməd Hadi küçəsi 51 ünvanında baş verib.
Özünü yandıran şəxsə ətrafdakılar və hadisə yerinə gələn polis əməkdaşları müdaxilə etməyə çalışıb.
Polislər tərəfindən şəxsə ilkin tibbi yardım göstərilib və xəstəxanaya yerləşdirilib.
İlkin iddiaya görə, həmin şəxsin sevdiyi xanım hadisənin baş verdiyi ərazidəki binada yaşayır və kişi özünü ona görə yandırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.