AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

KİV: HAMAS tezliklə girovlarla bağlı təkliflə razılaşdığını elan edəcək

  • + A
  • - A
  • 4-05-2024, 13:47

    KİV: HAMAS tezliklə girovlarla bağlı təkliflə razılaşdığını elan edəcək


    HAMAS İsraillə danışıqlarda Misirin vasitəçilik təklifi ilə razılaşdığını elan edəcək.

    Bu barədə Fələstinin "Al-Quds" qəzeti məlumat yayıb.

    Fələstinin "Al-Quds qəzeti elanın bir neçə gün ərzində, Qətər hökumətinə bağlı "Al-Sharg" qəzeti isə bunun bir neçə saat ərzində bəyan olunacağını bildirib.

    O da bildirilib ki, son saatlarda Misir, Qətər, İsrail və HAMAS azadlığa buraxılacaq məhbusların və girovların sayı ilə bağlı müzakirələr aparıblar və müəyyən razılşma əldə edə biliblər. Məlumata görə, HAMAS həm də sazişin üçüncü mərhələsində müharibənin daimi dayandırılması və İsrail ordusunun Qəzza zolağından çıxarılması üçün ABŞ-dan zəmanət alıb.

    HAMAS həmçinin bildirib ki, danışıqların ilkin şərti kimi daimi atəşkəsə ehtiyac yoxdur, çünki onlar hələ də yüksək rütbəli IDF zabitlərini girov saxlayırlar və onlardan daha daimi atəşkəsin müzakirəsində təsir rıçaqları kimi istifadə edə biləcəklər.

    HAMAS-ın yüksək rütbəli rəsmisi şənbə günü səhər N12-yə bildirib ki, HAMAS rəhbərliyi girovlarla bağlı razılaşmanın birinci mərhələsinin həyata keçirilməsini təsdiqləyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR