Bakı, 4 May — Azadmedia.az
Azərbaycan Karate Federasiyasının (AKF) İdarə Heyətinin növbəti iclası keçirilib.
Azadmedia.az xəbər verir ki, Azərbaycan Karate Federasiyasının prezidenti, deputat Ülvi Quliyevin rəhbərliyi ilə keçirilən iclasın gündəliyindəki əsas məsələlərdən biri məşqçi-müəllimlər üçün təşkil edilmiş imtahan və seminarların gedişatı, eləcə də onların sertifikatlaşdırılmasının davam etdirilməsi və digər məsələlərin müzakirəsi olub.
AKF-nin prezidenti Ü. Quliyev bildirib ki, “Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bununla yanaşı, ölkəmizdə idmana və idmançılarımıza göstərilən diqqət və qayğı idmançılarımızı daha yüksək pillələrə qalxmağa ruhlandırır. Həmçinin vurğulayıb ki, onların layiqli Azərbaycan vətəndaşları kimi yetişməsində, milli-mənəvi dəyərlərə bağlı şəkildə tərbiyəsində hər birimizin üzərinə mühüm vəzifələr düşür.”
İclasın sonunda məşqçilik kursunu müvəffəqiyyətlə keçən məşqçilərə AKF-nin prezidenti, deputat Ülvi Quliyev tərəfindən “Sertifikatlar” təqdim edilib.
Ü.Quliyev sonda hər kəsə gələcək karyerasında müvəffəqiyyətlər arzu edərək, uğurlu nəticə göstərmiş məşqçilərə bir daha təşəkkür edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.