AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsrail Rəfah şəhərində əməliyyata başlayıb - KİV

  • + A
  • - A
  • 6-05-2024, 09:56

    İsrail Rəfah şəhərində əməliyyata başlayıb -



    İsrail Müdafiə Ordusu Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərində əməliyyata başlayıb.

    Azadmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

    Belə ki, şəhər sakinləri və köçkünlər təxliyə edilir. Onlar Mauasi humanitar zonasında salınmış müvəqqəti düşərgələrə yerləşdirilir.

    Həmçinin BMT-nin məlumatına görə, Rəfahda 1 milyon 400 min nəfər yaşayıb.

    İnformasiyaya əsasən, Rəfahda HƏMAS-ın hərbi qolu sayılan “İzəddin əl-Kasam briqadası”nın dörd taboru yerləşdirilib.

    Qeyd edək ki, əməliyyatın azı altı həftə davam edəcəyi gözlənilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR