Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 695 milyon ABŞ dolları dəyərində mal idxal edib.
Belə ki, bu barədə Türkiyənin Ticarət Nazirliyi məlumat yayıb.
Bu, 2023-cü ilin eyni dövrünə nisbətən 5,3% azdır. Türkiyənin Azərbaycana ixracı onun ümumi ixracının 1%-ni təşkil edib. Hesabat dövründə Türkiyənin ümumi ixracının dəyəri illik müqayisədə 1,2% artaraq 71 milyard 790 milyon ABŞ dollarına çatıb.
Həmçinin Türkiyədən ən çox idxalı Almaniya (5,930 milyard ABŞ dolları; 5,5% az), ABŞ (4,166 milyard ABŞ dolları; 8,1% çox), İtaliya (3,902 milyard ABŞ dolları; 5% çox) və İngiltərə (3,828 milyard ABŞ dolları; 5,5% çox) həyata keçirib. Təkcə aprel ayında isə Türkiyədən Azərbaycana 181,5 milyon ABŞ dollarlıq mal ixrac edilib ki, bu da 1 il əvvələ nisbətən 10,9% çoxdur.
Qeyd edək ki, Türkiyənin Azərbaycana aylıq ixracı onun ümumi ixracının 1,1%-i qədər olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.