AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu il Azərbaycan təbii qaz ixracını 18 %-dən çox artırıb

  • + A
  • - A
  • 16-05-2024, 12:10

     

    Bu il Azərbaycan təbii qaz ixracını 18 %-dən çox artırıb


    Bu ilin yanvar-aprel aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 7 milyard 706 milyon 860,61 min kubmetr həcmində təbii qaz ixrac edib.

    Bu barədə Dövlət Gömrük Komitəsinin statistikası məlumat yayıb.

    Məlumata görə, ötən 4 ay ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 2 milyard 758 milyon 782,82 min ABŞ dolları təşkil edib.

    Hesabat dövrü ərzində ixrac edilən təbii qazın həcmi 2023-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 18,3 % çox, dəyəri isə 2 dəfə azdır.

    Bu ilin yanvar-aprel aylarında Azərbaycanın ümumi ixracında təbii qazın payı 33,77 % olub.

    Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 13 milyard 633 milyon 364,7 min ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 8 milyard 168 milyon 591,68 min ABŞ dolları ixracın, 5 milyard 464 milyon 773,02 min ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 35,1 % az, idxal isə 3,1 % çoxdur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR