Bakı, 21 May — Azadmedia.az
Milli Məclisin inzibati binasında deputat Ülvi Quliyev vətəndaşlarla fərdi qaydada növbəti qəbul keçirib.
Azadmedia.az-a verilən məlumata görə, vətəndaşlarla qəbul zamanı əsasən sosial problemlərin həlli, məşğulluq və əmlak məsələləri ilə bağlı müraciətlər səsləndirilib.
Belə ki, qəbul zamanı Vətəndaşlar tərəfindən səsləndirilən problemlərin qısa zamanda öz həllini tapması üçün bəzi məsələlər operativ olaraq həll edilib. Digərləri ilə bağlı deputat əlaqədar qurumlara müraciətlərin ediləcəyini bildirib.
Deputat Quliyev xüsusilə vurğulayıb ki, seçicilərdən qəbul edilmiş ərizələr müvafiq dövlət qurumlarına göndəriləcək və qeyd edilən məsələlərin, hər zaman olduğu kimi, ən qısa vaxtda baxılmasına və müsbət həllinə çalışılacaq.
Nəzərinizə çatdıraq ki, növbəti qəbul və qaldırılan məsələlərin həlli istiqamətində hər zamanki kimi yaxından göstərdiyi dəstək və diqqətə görə vətəndaşlar deputat Quliyevə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, deputat Ü.Quliyev öz sosial media hesabında da bu barədə məlumat verib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.