Delimitasiya işləri nəticəsində Azərbaycanla Ermənistan arasında 12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyən edilib.
Bu barədə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin açıqlamasında deyilir.
“Aparılan delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla da Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızıl Hacılı (6,5 km2) ərazisinin Azərbaycana qaytarılması təmin edilib. ” deyə bəyanatda deyilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.