Rusiyada yeni səfərbərlik 2025-ci ilin əvvəlinə kimi elan oluna bilər.
Azadmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, nəşrin məlumatına görə, Rusiyada yeni qismən səfərbərlik 2024-cü ilin sonu və ya 2025-ci ilin əvvəlində qaçılmaz olacaq.
Həmçinin “İndi hakimiyyət əhalini döyüşlərdə iştirak etməkdən qorumaq üçün cəbhədəki bəzi əməliyyat uğurlarını qurban verməyə hazırdır. Lakin yeni hərbi səfərbərlik olmadan genişmiqyaslı hücum əməliyyatları mümkün deyil”, - deyə Rusiya Silahlı Qüvvələrindəki mənbə nəşrə açıqlamasında bildirib
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.