Rusiya Prezidenti Vladimir Putinin səfəri zamanı Özbəkistan və Rusiya 20 milyard dollar dəyərində yeni layihələrə dair saziş imzalayıblar.
Azadmedia.az xəbər verir ki, bu barədə iki ölkə liderləri arasında aparılan danışıqların yekunları üzrə məlumat verilib.
Belə ki, "Cari səfər zamanı dəyəri 20 milyard dollardan çox olan yeni layihələrə dair sazişlər imzalanıb. Ölkəmizin Prezidenti əməkdaşlığı inkişaf etdirmək üçün birgə investisiya platformasının tezliklə işə salınacağını bildirdi", - deyə məlumatda vurğulanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.