AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Səfirlik: Azərbaycan Qazaxıstanın neft yataqlarına investisiya yatırmaq imkanını nəzərdən keçirir

  • + A
  • - A
  • 3-06-2024, 18:21

    Səfirlik: Azərbaycan Qazaxıstanın neft yataqlarına investisiya yatırmaq imkanını nəzərdən keçirir

    Azərbaycan Qazaxıstanın neft yataqlarına investisiya yatırmaq imkanlarını nəzərdən keçirir.

    Bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyinin məlumatında deyilir.

    Məlumatda Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf arasında mayın 31-də baş tutan görüşün təfərrüatları açıqlanıb.

    “Milli neft-qaz şirkətləri arasında qarşılıqlı əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb. Neft-qaz sahəsində gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Xüsusilə, Azərbaycan tərəfi Qazaxıstanın neft yataqlarına investisiya qoyuluşu imkanlarına maraq göstərir və nəzərdən keçirir”, - səfirlikdən bildirilib.

    A.Bayel xatırladıb ki, 2023-cü ildə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Azərbaycan ərazisindən Qazaxıstan neftinin tədarükünə başlanılıb. 2023-cü ildə 1 milyon 057 min ton Qazaxıstan nefti Aktau limanından BTC ilə sonrakı ixrac üçün Azərbaycan istiqamətində göndərilib.

    “Hazırda tərəflər həcmin daha da artırılması imkanlarını araşdırır. Qazaxıstan Azərbaycanın Bakı-Supsa neft kəmərindən istifadə təklifini də öyrənir. Bu istiqamətdə tədarüklər kommersiya şərtlərindən asılı olacaq”, - səfirlik qeyd edib.

    Xatırladaq ki, “KazMunayQaz” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Tengiz” yatağından Bakı-Tbilisi-Ceyhan neft kəməri istiqamətində ildə 1,5 milyon ton neftin nəqlini nəzərdə tutan müqavilə bağlayıblar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR