AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan və Türkiyə “Şahdəniz”dən qaz tədarükünün uzadılmasına dair saziş imzalayıb

  • + A
  • - A
  • 4-06-2024, 09:32

    Azərbaycan və Türkiyə “Şahdəniz”dən qaz tədarükünün uzadılmasına dair saziş imzalayıb

     
    Azərbaycan və Türkiyə “Şahdəniz” yatağının işlənməsinin 1-ci mərhələsi çərçivəsində Azərbaycan qazının tədarükünün uzadılmasına dair saziş imzalayıb.

    Sənəd 2025-2028-ci illəri əhatə edəcək.

    "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

    2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə "Şahdəniz" yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilə qədər uzadılıb.

    “Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), “Lukoil” (19,99 %), TPAO (19 %), NİKO (10 %), “Cənub Qaz Dəhlizi” (21,02 %).


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR