Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu (BNEZ) bu ay Avro-5 ekoloji standartlarına uyğun avtomobil benzininin istehsalına başlamağı planlaşdırır.
Azadmedia.az xəbər verir ki, bu barədə SOCAR-dan məlumat verilib.
Belə ki, “Zavod 2023-cü ilin may ayında Avro-5 standartlarına uyğun dizel yanacağı istehsalına başlayıb, 2024-cü ilin iyununda BNEZ Avro-5 standartlarına uyğun avtomobil benzini istehsalına başlamağı planlaşdırır”, - deyə şirkət qeyd edib.
Həmçinin SOCAR-ın məlumatına görə, bu il yenidənqurma və təkmilləşdirmə çərçivəsində BNEZ-də izomerləşdirmə və MTBE qurğusu istifadəyə verilib.
Qeyd olunub ki, son 70 ildə zavod 370 milyon ton neft emal edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.