Rusiyanın Kemerovo şəhərində Tom çayı üzərindəki Kuznetski körpüsünün başlanğıcında iki tramvay toqquşub.
Hadisə nəticəsində 67 nəfər xəsarət alıb.
Kemerovo vilayətinin qubernatorunun səlahiyyətlərini icra edən İlya Seredyuk teleqram kanalında bildirib ki, yaralılardan üçünün vəziyyəti ağırdır:
“İkisi reanimasiyada, biri əməliyyat otağındadır. Həkimlər onların həyatları üçün mübarizə aparırlar. 10 nəfər ambulator müalicəyə göndərilib”.(“Report”)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.