Macarıstanın MVM şirkəti “Şahdəniz” dəniz qaz-kondensat yatağının işlənməsi layihəsində 5 %-lik payın alınmasını qaz tədarükünün şaxələndirilməsi baxımından mühüm addım hesab edir.
Bunu "MVM Group"un baş direktoru Karoli Matray Bakı Enerji Forumunun II günündə bildirib.
“Azərbaycanla enerji sahəsində sıx əməkdaşlıq edirik. Ötən gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və dünyanın ən böyük qaz-kondensat yataqlarından biri olan “Şahdəniz”də 5 %-lik payın alınması ilə bağlı sənəd imzaladıq. Biz bununla qürur duyuruq, çünki Azərbaycanla xüsusi münasibətimiz var”, - deyə o qeyd edib.
K.Matrayın sözlərinə görə, bu “MVM Group” strategiyasında ən iri razılaşma olub: “Bu, bizim qaz tədarükümüzü şaxələndirmək və bir mənbədən asılılığı azaltmaq üçün mühüm elementdir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.