Qəzza zolağının mərkəzində yerləşən Nuseyratda BMT-nin məktəbinə hava hücumu zamanı Amerika istehsalı olan sursatlardan istifadə edilib.
Azadmedia.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Qeyd olunub ki, hücum zamanı GBU-39 markalı iki kiçik diametrli bombadan istifadə edilib.
Belə ki, Anklavın səhiyyə nazirliyinin sözçüsü bildirib ki, zərbə nəticəsində 45 nəfər ölüb.
Qeyd edək ki, bəzi mənbələrdə məktəbə azı üç mərmi atıldığı bildirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.