“Dini kəbin sözü qanunda istifadə edilməməlidir. Bu, qanundan kənarda şəxsi istəklə edilə bilər”.
Bunu Milli Məclisin iclasında parlamentin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa deyib.
“Biz ümumiyyətlə, bu proseduru tanımamalıyıq. Dini kəbin anlayışını dövlət hüquqi proses kimi tanımamalıdır. Yeganə nikah dövlətin müəyyən etdiyi qurumlarda bağlanmalıdır. Savadlı və ya savadsız mollalar tərəfindən kəbin kəsilməsi müzakirə edilməməlidir. Bu, qanundan kənar proses olmalıdır. Yoxsa biz bunun nəticələrini görəcəyik. İnsanların özünün inancı varsa, fərdi qaydada kəbin kəsə bilər. Onsuz da insanlar mövhumata inanır, fala baxdırmağa da gedir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.