AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

TDT ölkələri ilə bağlı mühüm qərar - Qazaxıstan Prezidenti

  • + A
  • - A
  • 28-06-2024, 09:03

    TDT ölkələri ilə bağlı mühüm qərar -


    Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında sazişin ratifikasiyasını nəzərdə tutan qanunu imzalayıb.

    Azadmedia.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

    Belə ki, 2022-ci ilin noyabrında Səmərqənddə imzalanmış bu saziş TDT-yə üzv ölkələr arasında tranzit-nəqliyyat potensialının və iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsinə yönəlib.

    Qeyd edək ki, həmin Saziş çərçivəsində TDT ölkələri arasında dəmir yolu, su və avtomobil nəqliyyatı ilə daşınan yüklərin həcmi artırılacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR