Bakının Parlament və Atatürk prospektlərində avtobusların hərəkəti məhdudlaşdırılır.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar bu gündən 30 iyun saat 06:00-dək Parlament prospekti və Atatürk prospektinin “Gənclik” metrostansiyası istiqamətindəki yolunda nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq.
Parlament prospektinə daxil olan 3, 18, 39 və 205 nömrəli müntəzəm avtobus marşrutları alternativ olaraq Mikayıl Müşfiq və Mehdi Hüseyn küçələri, Atatürk prospektinə daxil olan 3, 7A, 7B, 9, 26, 33, 67, 85, 93, 199, 202 və 211 nömrəli müntəzəm avtobus marşrutları isə alternativ olaraq Azadlıq prospekti, Ağasadıq Gəraybəyli, Həsən Əliyev, Əhməd Rəcəbli, Fətəli xan Xoyski, İbrahimpaşa Dadaşov küçələri ilə fəaliyyət göstərəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.