Mangistau vilayətinin mərkəzi olan Aktau şəhərində kiçik Atom Elektrik Stansiyası (AES) inşa edilə bilər.
Azadmedia.az xəbər verir ki, bu barədə Qazaxıstan Nüvə Cəmiyyəti Assosiasiyasının sədri İrina Tacibayeva bildirib.
Belə ki, Tacibayeva yaxın illərdə gözlənilən enerji çatışmazlığını azaltmaq üçün böyük stansiyanın tikilməsinin vacib olduğunu vurğulayıb.
Həmçinin "Əgər biz öyrənmək istəyiriksə, kiçik stansiyalardan başlamaq olar. Məsələn, Qazaxıstanın qərbində kiçik stansiyalar işə sala bilərik", - deyə o bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.