AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ata-balanın bıçaqlandığı dava toyda başlayıbmış - Video

  • + A
  • - A
  • 4-07-2024, 10:34

    Ata-balanın bıçaqlandığı dava toyda başlayıbmış - Video

     
    Xəbər verdiyimiz kimi, paytaxtın Xəzər rayonunda 1995-ci il təvəllüdlü Amil Hikmət oğlu Cahangirov və onun atası, 1970-ci il təvəllüdlü Hikmət Əlihüseyn oğlu Cahangirov bıçaqlanıb.

    Hadisənin bəzi detalları məlum olub.

    Xəsarət alanların qohumu Zaur Kərimovun sözlərinə görə, qonşular arasında mübahisə toyda yaranıb:

    “Toydan sonra Amil və atası evlərinə gediblər. Daha sonra onları “söhbətə” çağırıblar, özləri ilə də bıçaq gətiriblər. Atasına üç, Amilə isə altı bıçaq xəsarəti yetiriblər”.

    Xatırladaq ki, hadisə zamanı 29 yaşlı A.Cahangirova 6 bıçaq zərbəsi vurulub. Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

    Ətraflı videomaterialda:


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR