AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yaxın saatlarda aprel döyüşləri təkrarlana bilər - Açıqlama

  • + A
  • - A
  • 25-02-2017, 13:49

    Yaxın saatlarda aprel döyüşləri təkrarlana bilər - Açıqlama














    "Ermənistan tərəfi cəbhə xəttindəki təxribatlarını dayandırmasa, Azərbaycan yaxın saatlarda aprel döyüşləri səviyyəsində, hətta daha geniş miqyaslı döyüş əməliyyatlarına başlaya bilər"

    Bu sözləri hərbi ekspert Üzeyir Cəfərov baku.ws-ə açıqlamasında deyib. O, bildirib ki, bu dəfə ki, toqquşmalar zamanı hər iki tərəfin daha çox itiklər verməsi mümkündür.

    "Cəbhənin Şimal və Şərq istiqamətlərində gərginlik hələ də davam edir. Belə davam edəcəksə, Azərbaycan Müdafiə Nazirliyi yəqin ki, apreldə baş vermiş məlum cəzalandırma sistemini yenidən işə salacaq və düşmən ən ağır şəkildə cəzalandırılacaq. Gedişat onu göstərir ki, Ermənistan yaxın saatlarda bu təxribatlara son verməsə, Azərbaycan tərəfi məcbur qalıb, lazım olan cavabı verəcək. Onu da deyim ki, aprel döyüşləri zamanı itkilərin sayı 100-ü keçdirsə, bu dəfə hər iki tərəfdən itkilər daha çox olacaq. Aprel döyüşlərində məhdud sayda hərbi qulluqçular iştirak edirdisə, bu dəfə düşməni ram etmək üçün daha böyük şəxsi heyyət döyüşlərə qatılacaq".

    Qeyd edək ki, fevralın 24-dən 25-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər.

    Qoşunlarımız tərəfindən qarşı tərəfin daim izlənməsi, qurulan pusqular və döyüş mühafizəsinin təşkili nəticəsində düşmənin hərəkəti əvvəlcədən aşkar edilərək onun müdafiəmizin dərinliyinə irəliləməsinin qarşısı qətiyyətlə alınıb.

    Cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında daha ağır döyüş toqquşması baş verib. Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur edib. Döyüş toqquşması nəticəsində itkilərimiz var.

    Hazırda irəliləməyə nail olmayan düşmən tərəfi mövqelərimizi ağır artilleriyadan atəşə tutmaqda davam edir.

    Əməliyyat şəraitinə uyğun olaraq düşmənin atəş mövqelərinə və cəmləşmə nöqtələrinə qarşı müvafiq cavab tədbirləri həyata keçirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR