AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Məşhur restoran bağlandı

  • + A
  • - A
  • Bu gün, 16:00

    Məşhur restoran bağlandı


    Bakı şəhəri, Qaradağ rayonunda "Xəzri" restoranında yanğın təhlükəsi aşkarlanıb və restoranın fəaliyyəti dayandırılıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, obyektin mətbəxində sıxılmış və mayeləşdirilmiş propan qaz balonundan istifadə olunub:

    "Bununla yanaşı ilkin yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, mövcud olan qurğu isə nasazdır, fasad hissənin üzlənməsində istifadə olunmuş materialların yanma qrupunu müəyyən edən müvafiq sənədlər təqdim olunmayıb, elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydası"nın tələblərinə uyğun quraşdırılmayıb".

    Həmçinin obyekt yanğın su hovuzu və daxili yanğın su kranları ilə təmin olunmayıb:

    "Obyekt odsöndürən balonlarla tam təmin edilməyib və təxliyə planı mövcud deyil. Restoranın daşınmaz əmlakı "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb".

    Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş restoranının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR