AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Saatlı sakini itkin düşüb

  • + A
  • - A
  • Bu gün, 14:21

    Saatlı sakini itkin düşüb


    DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Saatlı rayon sakini, 1959-cu il təvəllüdlü Seyidov Mirhəsən Mirabdulla oğlu yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. M.Seyidovun əlamətləri belədir: boyu 162 sm., orta bədən quruluşlu, saçları ağ, gözlərinin rəngi qəhvəyidir.
    Evdən çıxan zaman üzərində qara rəngli palto, qara rəngli şalvar və qara rəngli ayaqqabı olub.
    Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in 102 Xidməti Zəng Mərkəzinə və ya Saatlı Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR