AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sutka ərzində baş verən cinayət və hadisələr

  • + A
  • - A
  • Bu gün, 15:19

    Sutka ərzində baş verən cinayət və hadisələr

    DİN-in Mətbuat Xidmətindən Azadmedia.az-a verilən məlumata görə,

    - Fevralın 12-də ölkə ərazisində qeydə alınan 63, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
    - Axtarışda olduğuna görə ümumilikdə 138, o cümlədən borclu şəxs qismində axtarışda olan 106 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
    - Narkotiklərlə əlaqəli 40, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 27 fakt müəyyən edilib.
    - Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb.
    ***

    Fevralın 12-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
    ***

    Polis əməkdaşlarının fevralın 12-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
    ***

    Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 12-də ümumi çəkisi 6,9 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
    Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
    ***

    Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
    Fevralın 12-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 10 qumbara, 3 alışdırıcı, 21 tüfəng, 10 patron darağı və 3497 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
    ***

    Binəqədi və Xəzər rayonlarında oğurluq edənlər saxlanılıb

    Binəqədi rayonu ərazisində yerləşən evlərin birindən 1700 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 2 nəfər qadın müəyyən olunaraq saxlanılıb.
    Paytaxtın Xəzər və Binəqədi rayonları ərazisindəki mağazalardan tütün məmulatları oğurlamaqda şübhəli bilinən iki yeniyetmə və əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş 35 yaşlı Z.Rzayev də polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar.
    Araşdırma aparılır.
    ***
    Avtomobildən və bankomatdan oğurluq edənləri polis saxladı

    Qaradağ rayonu ərazisində bir nəfərin bankomatdan çıxardığı 1000 manatının oğurlanması barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 22 yaşlı S.Məmmədov müəyyən olunaraq saxlanılıb.
    Digər oğurluq hadisəsi isə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. Rayon ərazisində “Hyundai” markalı avtomobildən 600 manat dəyərində çantanı oğurlamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 32 yaşlı O.Həsənov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Ondan psixotrop maddə olan metamfetamin də aşkar olunaraq götürülüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR