"USAID bir təşkilat kimi nüfuzdan düşüb. Hətta bir müddət əvvəl Tramp administrasiyası bu təşkilatın ləğv edilməli olduğunu bildirib". Bu fikirləri AzadMedia.az-a açıqlamasinda BMTM-nin baş məsləhətçisi, politoloq Mətin Məmmədli deyib.
Onun sözlərinə görə, ildə bu təşkilata çoxlu sayda vəsait xərclənir və bu vəsaitlərin hara xərcləndiyi bəlli deyil:
"USAID ləğv edilməsə də yenidən qurulmasına ehtiyac var. USAİD qarşısına qoyduğu məqsədləri fərqli formada həyata keçirib. Məsələn, Gürcüstana necə müdaxilə etdiyi bəllidir. Eləcə də, Ukraynada baş verənlər onu deməyə əsas verir ki, bu təşkilat ABŞ-də müəyyən siyasi qüvvələrin maraqlarina xidmət edib. Təşkilata ən çox vəsait 2020-ci ildə ayrılıb. Görünən odur ki, bu təşkilatdan alət olaraq öz məqsədləri üçün istifadə ediblər".
Politoloq USAID-in Ermənistana da çox böyük maliyyə ayırdığını qeyd edib:
"Azərbaycanla müqayisədə bu vəsait daha çoxdur. Vəsaitlərin müəyyən hissəsi Ermənistan daxilində müəyyən qüvvələrə dəstək verilməsi məqsədilə verilib"
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.