AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Oğluna görə işdən çıxarılan məmur vəfat etdi

  • + A
  • - A
  • 23-11-2018, 14:46

    Oğluna görə işdən çıxarılan məmur vəfat etdi
















    Xəzər Dəniz Gəmiçiliyi”nin sabiq sədr müavini Mübariz Mədətov dünyasın dəyişib.

    Unikal.org xəbər verir ki, hadisə bu gün baş verib.

    Xatırladaq ki, “Xəzər Dəniz Gəmiçiliyi”nin sədr müavini olmuş Mübariz Mədətovun oğlu Xalid Mədətov 4 il əvvəl sərxoş vəziyyətdə “Galendawagen” markalı avtomobillə qəza törətmiş, nəticədə tarzən Ağasəlim Abdullayevin həyat yoldaşı və nəvəsi ölmüşdü.

    Ona Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il həbs cəzası verilmişdi. O, cəzasını 3 ilini çəkdikdən sonra azadlığa buraxılıb.

    Xatırladaq ki, sözügedən hadisədən iki gün sonra Mübariz Mədətov vəzifəsindən kənarlaşdırılmışdı.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR