Lənkəran Şəhər Rayon Polis Şöbəsinin keçirdikləri tədbirlərlə narkotikin qanunsuz dövriyyəsini təşkil edən 37 yaşlı Ağa Ağayev saxlanılıb.
“Qafqazinfo” DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupuna istinadən xəbər verir ki, ondan tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 10 kiloqram marixuana aşkarlanıb.
Araşdırmalarla A.Ağayevin narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdiyi müəyyən edilib.
Həyata keçirilən digər tədbirlərlə isə qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 35 yaşlı Elşad Səfərov da saxlanılıb. Ondan “Makarov” markalı tapança, 8 ədəd patron və daraq aşkarlanıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.