Rusiyada yeniyetmələr gənc oğlanı yandırdılar – VİDEO

Rusiyada bir qrup yeniyetmə zarafatla öz dostunu yandırıb.
Oxu.Az xəbər verir ki, hadisə Krasnoyarskda baş verib.
Bu səhnə videoya çəkilib və sosial şəbəkələrdə yayılıb.
Videodan görünür ki, gənc alovun gücləndiyini görüncə, təşvişə düşür.
Zarafatın pis nəticələnəcəyini başa düşən yeniyetmələr alovu çətinliklə olsa da, söndürə biliblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.