Gülnarə Kərimovanın yeri bilindi — Həbsxanada cəzasını çəkir

Özbəkistanın mərhum prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimovanın yeri bilinib.
Gülnarə Kərimova Özbəkistan ərazisindəki həbsxanaların birində cəzasını çəkir. Bu barədə Özbəkistanın baş prokuroru Erkin Yuldaşev məlumat verib:
“Gülnarə Kərimova məhkəmənin təyin etdiyi cəzasını Özbəkistan ərazisindəki həbsxanada çəkir”.
Qeyd edək ki, 2015-ci ilin avqust ayında Gülnarə Kərimova korrupsiyada ittiham olunaraq 5 il müddətinə azadlıqdan məhrum edilib. 2017-ci ildə
Kərimovanın Özbəkistana 2 milyard dollar ziyan vurduğu məlum olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.