AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanlı sevgilisinə görə dostunu öldürdü

  • + A
  • - A
  • 25-12-2018, 09:31

    Azərbaycanlı sevgilisinə görə dostunu öldürdü















    Dekabrın 23-də Rusiyanın Volqoqrad vilayətinin Kalaçe-na-Don şəhərində azərbaycanlı və rus vətəndaşı arasında qarşıdurma baş verib.

    Open.az xəbər verir ki, bu barədə Volqoqrad İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin nümayəndəsi Vasili Qluxov məlumat verib.

    Belə ki, iki dost işdən sonra yemək yeməyə gedib və spirtli içki qəbul ediblər. Söhbət əsnasında Azərbaycan vətəndaşı dostuna sevgilisindən narazılığını bildirib.

    Rusiyalı ona təsəlli vermək üçün qızların heç birinin sadiq olmadığını bildirib. Bu söz azərbaycanlının xoşuna gəlməyib və onunla mübahisəyə etməyə başlayıb.

    Daha sonra dostu həmin qızla cinsi əlaqədə olduğunu söyləyib. Bu sözdən sonra daha da qəzəblənən azərbaycanlı dostunu bıçaqla öldürüb və məkandan uzaqlaşıb.

    Azərbaycan vətəndaşı polislər tərəfindən saxlanılıb. Onu 15 ilədək həbs gözləyir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR