“Şantajçı jurnaist” həbs edildi

Vətəndaşlardan hədə-qorxu yolu ilə pul tələb etməkdə şübhəli bilinən daha bir şəxs cinayət məsuliyyətinə cəlb olunub.
Məlumata əsasən, sosial şəbəkələrdə insanlar haqqında nüfuzdan salan məlumatlar yayacağı ilə hədələyərək özünü jurnalist və bloger kimi təqdim edən şəxsin qanunsuz fəaliyyəti ilə bağlı çoxsaylı müraciətlər daxil olub.
Araşdırmalar zamanı əvvəllər dələduzluq, böhtan, təhqir və xuliqanlıq cinayətlərinə görə məhkum olunmuş, müxtəlif internet resurslarında və onlarla saxta sosial media hesabı vasitəsilə fəaliyyət göstərən 54 yaşlı Fuad Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.
Toplanmış materiallar əsasında cinayət işi açılıb. Məhkəmənin qərarı ilə Fuad Hüseynov barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda fakt üzrə istintaq tədbirləri davam etdirilir.
.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.