AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Piyadanı vuran “Range Rover”in sürücüsü sərbəst buraxıldı

  • + A
  • - A
  • 3-05-2019, 12:32

    Piyadanı vuran “Range Rover”in sürücüsü sərbəst buraxıldı















    Bakıda bir neçə gün öncə dəhşətli qəza törədən “Range Rover”in sürücüsü azadlığa buraxılıb.

    Aprelin 30-u saat 22 radələrində Mahir Əsədov idarə etdiyi “Range Rover” markalı 90 OG 002 nömrəli avtomobillə piyadanı vuraraq yolun hərəkət istiqamətinə atıb, eyni yolda hərəkətdə olan Seyhun Məmmədovun idarə etdiyi “Mercedes” markalı 90 GT 562 nömrəli avtomobil isə həmin şəxsin üzərindən keçib və S.Məmmədov hadisə yerindən qaçıb.

    Nizami rayon məhkəməsi hadisə yerindən qaçdığı üçün Seyhun Məmmədovu həbs edib, piyadanı vurub onun maşınının altına atan və hadisə yerində qalan Mahir Əsədovu isə sərbəst buraxıb.

    Qeyd edək ki, sürücü “90 OG 002” dövlət nömrə nişanını “Mercedes” və “Audi” markalı avtomobildə də istifadə edib.

    “Qafqazinfo”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR