AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gənc aktrisa bal ayında öldü

  • + A
  • - A
  • 29-07-2019, 09:20

    Gənc aktrisa bal ayında öldü

    Belarus aktrisası Vikroriya Nikonova Alyaskada dünyasını dəyişib.

    “Qafqazinfo” “Krivoye zerkalo” internet qəzetinə istinadən xəbər verir ki, həyat yoldaşı Pötr Markelovla bal ayına yollanan aktrisa çayda boğulub. Belə ki, cütlük Teklanik çayının üstündən təhlükəsizlik kəndirinin köməkliyi ilə keçən vaxt Viktoriya gözlənilmədən müvazinətini itirib və suya düşüb. Pötr onun cansız bədənini həmin yerdən 30 metr aralıda aşkar edib.

    Qadının ölüm faktı ilə bağlı araşdırma aparılır.

    Qeyd edək ki, aktrisa tamaşaçıların yaddaşında daha çox “Brest qalası” filmində yaratdığı obrazla qalıb. 24 yaşlı aktrisa orada 13 yaşlı qızın obrazını canlandırmışdı. Bu, onun ilk və son filmi oldu. Gənc aktrisa iyulun 1-də ailə həyatı qurmuşdu.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR