AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakı sakinindən üzərində nişangah quraşdırılmış silah götürülüb - POLİSDƏN ƏMƏLİYYAT

  • + A
  • - A
  • 8-08-2019, 12:36

    Bakı sakinindən üzərində nişangah quraşdırılmış silah götürülüb - POLİSDƏN ƏMƏLİYYAT

    Bakıda silahlı şəxsin tutulması istiqamətində əməliyyat keçirilib.

    APA-nın məlumatına görə, paytaxtın Nərimanov rayonu ərazisində keçirilən əməliyyat zamanı bir nəfərin həbs edildiyi bildirilir.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, ötən gün Nərimanov rayon Polis İdarəsi əməkdaşları əldə etdikləri əməliyyat məlumatı əsasında Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə məhkum olunmuş Seymur Şahalıyevin idarə etdiyi “Volkswagen” markalı avtomobil saxlanılıb. Avtomobilə baxış keçirilən zaman oradan üzərində nişangah quraşdırılmış “Toz-8” markalı silah, həmin silaha məxsus 88 ədəd patron və 39 kiloqram 500 qram kalium permanganat (margans) aşkar edilərək götürülüb.

    Faktla bağlı Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb, zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR