Bakıda taxta sexi yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhəri, Nərimanov rayonunda ümumi sahəsi 90 m² olan taxta sexinin yanar konstruksiyaları və içərisindəki avadanlıqlar, yaxınlıqda yerləşən ümumi sahəsi 1600 m² olan anbarın 3 ədəd pəncərə çərçivəsi 15 m² sahədə yanıb.
Anbar və içərisinə yığılan taxta məlumatlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.