AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda məktəb direktoru ölümə səbəb oldu

  • + A
  • - A
  • 6-09-2019, 11:16

    Azərbaycanda məktəb direktoru ölümə səbəb oldu

    Xaçmaz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Qəndob-Yalama yolunun Qusarçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    Xaçmaz rayonunun Nabran kənd sakini, 1960-cı il təvəllüdlü Orucov Mirbala Zülfüqar oğlu idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə piyada, Qusarçay kənd sakini, 1960-cı il təvəllüdlü Caniyev İslam İbrahimxəlil oğlunu vuraraq öldürüb.

    Qeyd edək ki, M. Orucov Nabran kənd məktəbinin direktorudur.

    Faktla bağlı araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR