AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda ağır qəza: 5 nəfər ölüb

  • + A
  • - A
  • 9-09-2019, 09:40

    Azərbaycanda ağır qəza: 5 nəfər ölüb

    İmişli rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

    “Report”un Mil-Muğan bürosunun məlumatına görə, hadisə gecə saatlarında İmişli-Cəfərli-Əliqulular avtomobil yolunun Əliqulular kəndindən keçən hissəsində baş verib.

    Qəza zamanı “Opel” markalı minik avtomobili yoldan çıxaraq su kanalına düşüb.

    Hadisə nəticəsində avtomobildə olan 5 nəfərin öldüyü bildirilir.

    Faktla bağlı araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR